Azərbaycanlı kapitan HƏDƏLƏDİ: İstanbul boğazını bağlayacağıq!

Baxış sayı:
8290

İstanbulda həbs edilən və göyərtəsində rusiyalı dənizçilər olan "Strimlayn” gəmisinin azərbaycanlı kapitanı Bəhmən Bağırov İstanbul boğazını bağlayacağı ilə hədələyir.
Muxalifet.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Kapitan “Akça Şippinq”in 10 aydan çoxdur ki, dənizçilərə maaş verməməsi səbəbindən belə addım atacağını bildirir.
"Dünən İstanbul limanın cənubunda dayanmağımızdan 10 ay ötdü. Düz 10 aydır ki maaşsız qalmışıq, iyunun 1-dən ailələrimiz bir qəpik belə almayıblar. Əvvəllər bizə heç olmasa yalandan nəsə deyirdilər, ümid verirdilər”, - deyə Bağırov deyib.
Xatırladaq ki, "Strimlayn” gəmisi İstanbulda 2018-ci ilin iyununda sabiq sahibinin borclarına görə həbs edilib.