Azərbaycanlı jurnalist yenidən Moldovaya getdi

Baxış sayı:
919

 Əslən azərbaycanlı olan rusiyalı jurnalist İradə Zeynalova yenidən Kişinyova gəlib.
Muxalifət.az xəbər verir ki, Zeynalovanın Moldovaya ölkə prezidenti İqor Dodonun dəvətiylə gəldiyi deyilib. Hava limanında jurnalistlərə açıqlama verən Zeynalova Kişinyova Dodondan müsahibə almaq və Moldova haqqında reportaj hazırlamaq üçün gəldiyini bildirib:
 “Məni ölkəyə buraxmadıqları üçün heç kimdən incikliyim yoxdur. Hansısa anlaşılmazlıq olub. Biz Türkiyədə olan intervü üçün icazə almışdıq. Kişinyova sənədləri razılaşdırmadan uçduq. Moldova gömrükçüləri isə öz vəzifələrini icra etdilər”.
Qeyd edək ki, dünən İradə Zeynalova Moldova ərazisinə buraxılmamışdı və Moskvaya geri göndərilmişdi.