Azərbaycanlı jurnalist “Azad KİV” beynəlxalq mükafatın laureatı olub

Baxış sayı:
264
"Regionda mətbuat azadlığı sahəsində vəziyyət acınacaqlıdır''
 
"Fritta Ord” Fondu və "ZEİT” Fondu (The Fritt Ord Foundation and the ZEIT Foundation"s) 2019-cu il üçün "Azad KİV” mükafatının laureatlarını elan edib.
 
Mükafatın laureatları onlayn "7x7 qəzeti”, Moskvanın İnsayder müstəqil media platforması, Ermənistanın "CivilNet” media platforması, müstəqil həftəlik "Novoe Vremya” jurnalı, Azərbaycanlı araşdırmaçı jurnalist Hafiz Babalı olub.
 
"Regionda mətbuat azadlığı sahəsində vəziyyət o qədər acınacaqlıdır ki, "FreeMedia” mükafatı üçün namizədlər o qədər çox və layiqlidir ki, bu ildən "Fritta Ord” Fondu və "ZEİT” Fondu mükafatların sayını 3-dən 5-ə qədər artırmaq qərarı qəbul edib”, - deyə "Fritt Ord” Fondunun icraçı direktoru Knut OlavAmos bildirib.
 
"2019-cu il üçün "Azad KİV” mükafatının beş laureatı da korrupsiyanı, mütəşəkkil cinayətkarlığı, insan hüquqları pozuntularını və hakimiyyətdən sui-istifadəni çox mühüm yollarla ifşa edən, cəmiyyətə xidmət edən əhəmiyyətli jurnalistlərlə fəal şəkildə işləyən cəsur jurnalistlərdir”, - deyə Knut OlavAmos bildirib.
 
2016-cı ildən etibarən "Free Media” mükafatları hər il Rusiya, Ukrayna, Azərbaycan, Belarus, Gürcüstan və ya Ermənistanın müstəqil jurnalistlərinə və ya cəsur KİV təşkilatlarına verilir. 2019-cu ilin mükafatların "Fritt Ord” Fondunun və "ZEİT-Stiftung”-un himayəsi altında 2019-cu il noyabrın 18-19-da Litvanın Vilnyus şəhərində keçiriləcək "Free Media Awards” konfransında təqdim ediləcək. Mətbuat üçün hər bir laureata təqdim ediləcək mükafatın ölçüsü 15 min avro təşkil edir.
 
Azərbaycandan mükafatı Rauf Mirqədirov, Natiq Cavadlı, Şahvələd Çobanoğlu, Zamin Hacı, Xədicə İsmayıl, Mehman Hüseynov, Seymur Həzi alıblar./meydan.tv