​Azərbaycanlı ifaçı "O Səs Türkiyə"dən uzaqlaşdırıldı

Baxış sayı:
5942

Ötən axşam "O Səs Türkiyə" mahnı müsabiqəsinin II tura olan növbəti seçimi baş tutub.
Muxalifet.az xəbər verir ki, Yıldız Tilbənin komandasında olan Kamran Arifin üzü bu turda gülməyib. Belə ki, Kamranın İlyas Yalçıntaşın repertuarından ifa etdiyi "Gel be gökyüzlüm" mahnısı onun üçün düşərli olmayıb.
Xanım münsif 3 iştirakçı - Fırat, Ayşənur və Kamran arasında seçim etmək məqamında yola Fıratla davam etmək istədiyini açıqlayıb və beləcə, Kamran yarışı II turdan tərk edib.
Maraq üçün bildirək ki, Kamran Arif adlı 27 yaşlı azərbaycanlı gənc ilk turda Soner Sarıkabadayının "Sadem" mahnısı ilə 4 münsifdən yalnız Yıldız Tilbəni özünə tərəf döndərməyi bacarmışdı.