Azərbaycanlı hakim yeni uğura imza atıb

Baxış sayı:
7018

Azərbaycanın kikboksinq üzrə hakimi Aydın Ağabəyov yeni uğura imza atıb.

Azərbaycan Kikboksinq Federasiyasından Muxalifet.az-a verilən məlumata görə, A.Ağabəyovun beynəlxalq hakimlik dərəcəsi artırılıb. Mütəxəssis buna Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya çempionatı zamanı nail olub.

WAKO - Dünya Kikboksinq Təşkilatları Birliyinin baş hakimi Yuri Laxtikov A.Ağabəyova C klass hakimlik dərəcəsini təqdim edib.

A.Ağabəyov dəstəyə görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib: “Bu yolda mənə dəstək olan, başda Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev olmaqla, vitse-prezident Güloğlan Cabbarova, baş məşqçi Hakim Hacıyevə, beynəlxalq dərəcəli hakimlər Elnur Alıyev, Məhəmməd Babayeva və dəstək olanlara öz minnətdarlığımı bildirirəm. Mənə göstərilən etimadı doğrultmaq üçün bundan sonra da bütün bacarığımdan səylə istifadə edəcəyəm”.