Azərbaycanlı hakim UEFA-dan təyinat alıb

Baxış sayı:
5785

Azərbaycanlı futbol hakimi Namiq Hüseynov UEFA-dan təyinat alıb. "Report"un məlumatına görə, 32 yaşlı referi UEFA Regionlar Kubokunun final mərhələsində keçiriləcək "Bavaria" - "Ligue de Normandie" matçında yan xətt hakimi olacaq. Qarşılaşmanı israilli Eytan Şemeuleviç idarə edəcək. Qeyd edək ki, A qrupundav keçiriləcək qarşılaşma iyunun 18-də Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.