AZƏRBAYCANLI GENERALLA TƏLABANİ AİLƏSİ ARASINDA GİZLİ GÖRÜŞ

 Kərkükdəki məğlubiyyətdən sonra Kürd bölgəsində tərəflər bir-birini günahlandırır.
 
Müxalifət.az bildirir ki, kürd siyasi liderlər qarşılıqlı olaraq Kərkük məğlubiyyətində bir-birilərini ittiham edirlər.
  Bərzaniyə yaxın media Tələbani ailəsini Kərkükü satmaqda ittiham edərkən, Tələbaninin oğlu Lahur isə, "Bu müharibə neft oğurlayan Bərzani və oğullarının müharibəsi idi. Şərəfi varsa, Bərzani istefa etsin" deyə cavab verib.
 İraq Kürd Regional İdarəçiliyinin başçısı Məsud Bərzaniyə yaxın mediada yer alan xəbərlərdə Tələbani ailəsi "Kərkükü satmaq" və "Kürd xalqına xəyanət etməklə" günahlandırılıb.
 
AZƏRBAYCANLI GENERAL QASIM SÜLEYMANI İLƏ GÖRÜŞ
 
 İddiaya görə, Tələbaninin oğlu Lahur və xanımı Hero Tələbani, əməliyyatdan əvvəlki gecə Süleymaniyyədə ailə böyükləri və keçmiş İraq prezidenti Cəlal Tələbaninin qəbrini ziyarət edən İran İnqilab Keşikçiləri ordusunun generalı Qasım Süleymanı ilə bir toplantı təşkil edib.
 
 TƏLƏBANİ AİLƏSİ QƏBUL EDİB
 
Toplantıda Kərkükdə özünə bağlı peşmərgələr arasında böyük nüfuza sahib olan Tələbani ailəsi istənilən bölgələri təslim etməyi qəbul edib. Kərkükə hücum əməliyyatı da bu saziş çərçivəsində aparılıb və Peşmərgə gücləri Kərkükdəki neft sahələri və hava limanından çəkilib.
 
 BƏRZANİNİ GÜNAHLANDIRDI, ONU İSTEFAYA ÇAĞIRDI
 
İrana yaxınlığı ilə tanınan Cəlal Tələbaninin oğlu Lahur Tələbani, özünə qarşı ittihamlara cavab verərkən IKBY sədri Bərzanini ittiham edib. Lahur Tələbani, "Bərzanini artıq sədr kimi görmürük. Bu müharibə neft oğurlayan Bərzani və oğullarının müharibəsi idi. Şərəfi varsa, Bərzani istefa etsin" deyib. Bu xüsusda Bərzaninin gün boyu kameraların qarşısına çıxmaması  da diqqət çəkdi.
Müxalifət.az