Azərbaycanlı futbolçu rəsmən "Rostov"da

Baxış sayı:
26066

Azərbaycanlı futbolçu Ayaz Quliyevin "Rostov”a keçidi rəsmiləşib.
Muxalifet.az xəbər verir ki, bu günlərdə "Anji” ilə yollarını ayıran və Moskva "Spartak”ına məxsus olan 21 yaşlı yarımmüdafiəçi yeni komandasında da icarə əsasında çıxış edəcək. Razılaşmaya əsasən, o, mayın 31-nə qədər "Rostov”un formasını geyinəcək.
Qeyd edək ki, Quliyev sabiq komandası "Anji”də 23 oyunda 1 qola imza atıb. Rusiyanın bütün aşağı yaş qrupu üzrə yığmalarında çıxış etmiş Ayazın Azərbaycan millisinə çağırılması gündəmdədi.