Azərbaycanlı futbolçu qarpız qonaqlığı verdi

Baxış sayı:
1468

“Krılya Sovetov”un yeni transferləri yerli azarkeşlərlə görüşüb.

Klubun rəsmi saytının verdiyi yaydığı xəbərə görə, açıq havada keçirilən görüşdə bir müddət öncə Samara təmsilçisinə qoşulan milli komandamızın hücumçusu Ramil Şeydayev də iştirak edib. Kollektiv şəkildə foto çəkdirdikdən sonra futbolçular fanatlarla söhbətləşiblər. Bundan başqa, oyunçular fərqli sahədəki bacarıqlarını da nümayiş etdiriblər. Şeydayev bir qrup azarkeşə qarpız qonaqlığı verib.(qol.az)