Azərbaycanlı futbolçu Həbib barədə: "Onun üçün narahatıq..."

Baxış sayı:
3979

Rusiyanın "Spartak" klubunda çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev Mütləq Döyüş Çempionu (UFC) Həbib Nurməhəmmədovun cəzalandırılmasına münasibət bildirib. 
23 yaşlı yarımmüdafiəçi "İzvestiya"ya müsahibəsində bu qərarın sərt olduğunu deyib. 
O, uzunmüddətli cəzaya görə təəccübləndiyini də söyləyib: "Hamımız onun üçün narahatıq. Onu hər döyüşdə dəstəkləyirik. Əminəm ki, bu cəza Həbibin ruhunu pozmayacaq və özünü hər kəsə göstərə biləcək". 
Qeyd edək ki, UFC yanvarın 29-da Həbib Nurməhəmmədovu 9 aylıq diskvalifikasiya edib.