​Azərbaycanlı fəal saxlanıldı – Kəşfiyyatdan evə basqın

Baxış sayı:
5032

Güney azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjad İran kəşfiyyatı (ETTELAAT) tərəfindən saxlanılıb.
Muxalifet.az xəbər verir ki, fəal Təbrizin Fəcr məhələsindəki iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
ETTELAAT əməkdaşları fəalı saxladıqdan sonra onun qardaşı evinə basqın edərək, məhkəmənin icazəsi olmadan axtarış aparıb və fəala məxsus əşyaları müsadirə ediblər.
Onun harada saxlanıldığı, həmçinin, barəsində hansı ittihamın irəli sürüldüyü məlum deyil.