​AZƏRBAYCANLI FƏAL AZADLIQDA - 29 günlük işgəncədən sonra

Baxış sayı:
3544

İranın təhlükəsizlik orqanları tərəfindən saxlanılmış Güney Azərbaycandan olan milli-mədəni fəal Cəfər Rüstəmirad Evin zindanından sərbəst buraxılıb.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, fəal Tehran həbsxanasında 29 gün qalıb.
“Milli təhlükəsizliyi pozmağa cəhd etmək”də ittiham edilən fəala qarşı irəli sürülmüş bu ittiham “hakimiyyət əleyhinə təbliğat aparmaq” olaraq dəyişdirilşib.
Azərbaycanlı fəal Babək qalası yürüşü ilə əlaqədar iyulun 2-də təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub. O bir müddət Evin zindanının birnəfərlik kamerasında, sonra isə həbsxananın ümumi korpusunda saxlanılıb.
Cəfər Rüstəmirad saxlandığı müddətdə işgəncəyə məruz qalıb.