Azərbaycanlı dünya çempionunun qardaşı DƏHŞƏTLİ QƏZA TÖRƏTDİ: Ölənlər var - FOTO

Baxış sayı:
4783

Ukraynada yaşayan azərbaycanlı boksçu, yeniyetmələr arasında dünya və olpimpiya çenpionu Ramil Hacıyevin qardaşı Şamil Hacıyev dəhşətli yol qəzasına düşüb.
Ukrayna mediası xəbər verir ki, Şamil Hacıyev Odessa şəhərində idarə etdiyi “BMW” markalı avtomobillə ağır qəza törədib. Yolun kənarındakı digər avtomobillərə çırpılan “BMW” daha sonra yanmağa başlayıb.
Hadisə nəticəsində 22 yaşlı sürücü Şamil Hacıyev ilə qadın sərnişini vəfat edib.
Bildirilir ki, qəzaya yüksək sürət səbəb olub.
Araşdırma aparılır./Publika.az