Azərbaycanlı dünya çempionu öz toyunda gəlinlə yumruqlaşdı - VİDEO
13-06-2019 10:39
Baxış sayı:
7465
Kikboksinq üzrə dünya çempionu, uşu sanda üzrə Avropa çempionu Eldar Əlizadənin toyu olub. Muxalifet.az baku.ws-yə istinadən xəbər verir ki, həyatını ali təhsil almaq üçün getdiyi Türkiyədə davam etməyə qərar verən azərbaycanlı idmançı orada evlənib. Eldar Fatma adlı türk xanımla ailə quran idmançımızın toy məclisi Kastamonu şəhərində baş tutub. İdmançımızın toydan paylaşdığı görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Belə ki, bəylə gəlin boks əlcəyi geyinərək yumruqlaşırlar. Görüntüləri təqdim edirik: