Azərbaycanlı dünya çempionu faciəli şəkildə öldü

Uşu-sanda üzrə dünya çempionatının qalibi Məhəmməd Cəfəri çalışdığı kağız fabrikində faciəli şəkildə ölüb.
 
Hadisə oktyabrın 2-də Güney Azərbaycanın Zəncan şəhərinin 1 nömrəli şəhərciyində baş verib. O, fabrikdə cihazlardan birini təmizləyərkən qolu cihaza ilşib, qolunu çıxarmağa çalışan mərhumun başı da dəzgahın arasında qalıb.
Zəncan əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin rəisi Cavad Muradi bildirib ki, hadisə oktyabrın 2-i yerli vaxtla saat 14:30-da baş verib.
Cavad Muradi işçinin başının bədəndən ayrıldığını bildirib.
Qeyd edək ki, M.Cəfəri uşu-sanda idman növü üzrə 2005-ci ildə dünya çempionatının, Zəncan əyalati və İran üzrə müxtəlif yarışların qalibi olub./axar.az