Azərbaycanlı din xadimini qətlə yetirən şəxsə qarşı ƏMƏLİYYAT - Ölü ələ keçirildi...

Baxış sayı:
3235

 
Güney Azərbaycanın Həmədan şəhərində ötən gün şiə din xadimi Höccətül-İslam Mustafa Qasımiyə qarşı sui-qəsd təşkil edən şəxs təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı 2 polis işçisinin də yaralandığı bildirilib.
Qeyd edək ki, şiə din xadimi Höccətül-İslam Mustafa Qasımi ötən gün Ayətullah Molla Əli Məsumi Həmədani mədrəsəsindən çıxan zaman silahlı hücum nəticəsində öldürülmüşdü.