Azərbaycanlı deputatların polis və prokuror övladları - SİYAHI

Baxış sayı:
4975

Xəbər verdiyimiz kimi, bu ayın əvvəlində müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Milli Məclisin buraxılması haqqında qərar qəbul olundu və fevral ayının 9-da ölkədə növbəti parlament seçkiləri keçiriləcək. Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, səlahiyyətləri sona çatan, lakin hələ də millət vəkili statuslarını saxlayan Milli Məclis üzvlərinin bir çoxu 4 illik fəaliyyətləri dövründə dəfələrlə mətbuatın və sosial şəbəkələrin müzakirə mövzusuna çevrildilər. Onlar daha çox işlətdikləri ifadələrə görə gündəmə gəlsələr də, bəzi deputatlar hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan övladları və digər yaxınlarına görə müzakirə olundular. Təxminən 2 aydan sonra millət vəkili statusunu itirəcək deputatların hüquq-mühafizə orqanlarında işləyən yaxınlarının siyahısını təqdim edirik: - Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri olan Səttar Möhbalıyevin oğlu və eyni zamanda da bu yaxınlarda vəzifədən azad olunan Prezidentin köməkçisi Əli Həsənovun kürəkəni - İsfəndiyar Möhbalıyev Xəzər rayonu Polis İdarəsinin rəisidir - Millət vəkili Aqil Abbasın oğlu - Tuncay Abbasov Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsinin rəisidir - Deputat Elman Məmmədovun oğlu - polkovnik-leytenantı Elşad Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi - Millət vəkili, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğlu - Xəlil Bayramov Qaradağ rayon 10-cu Polis Bölməsinin rəisi - Deputat Çingiz Qənizadənin oğlu - Elgiz Qənizadə Binəqədi rayon prokurorunun müavini - Deputat Flora Qasımovanın oğlu - polis polkovniki Elsevər Mirzəyev Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəis müavini - Millət vəkili Sahib Alıyevin qardaşı - Bayram Alıyev Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi - Milli Məclisin üzvü Vahid Əhmədovun oğlu - Zəfər Əhmədov Qaradağ rayonunun prokuroru - Deputat İmamverdi İsmayılovun oğlu - polis mayoru İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisinin imtahan-qeydiyyat şöbəsinin rəisi - Millət vəkili Hüseynbala Mirələmovun oğlu - polis-polkovniki Fərid Mirələmov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi olub