Azərbaycanlı deputatdan İran prezidentinə TƏLƏB: "Nazirlərin çoxu Türk olmalıdır"

İran əhalisinin 50 faizi Azərbaycan dilində danışır.
 
Bunu İran parlamentində çıxışı zamanı Urmiyadan olan azərbaycanlı millət vəkil Nadir Qazipur söyləyib. Onun fikrincə, İran məktəblərində və universitetlərində türk dili tədris olunmalı, nazirlərin çoxu türk olmalıdır:
“Hökumət azərbaycanlılara verdiyi vədi yerinə yetirməyib. Cənab Prezident, nazirlərin siyahısında türklərin sayı artırılsın. Əgər peşəkar, mütəxxəssis və layiqli türk əsilli nazir təqdim olunmayacaqsa, o zaman Türk Bölgələri Fraksiyasına üzv olan 110 türk millət vəkilindən yeni nazirlər kabinetinə etimad rəyi gözləməyin. Öz ləyaqətini sübut edən parlamentdəki millət vəkilləri, bacı və qardaşlarımızdan nazirlər kabinetində istifadə olunmalıdır”.