Azərbaycanlı deputat: "İran hökuməti bizə xəyanət edib"

Urmiyanı Canlandırma Mərkəzi xalqa xəyanət edib.
 
Bunu “Fars Nyus” agentliyinə açıqlamasında İran parlamentinin Urmiyadan olan millət vəkili Nadir Qazipur söyləyib.
“Urmiya gölünün hazırkı vəziyyəti və gölün canlandırılması ilə bağlı statistik məlumatlar hökumət rəsmilərinin açıqlamaları ilə qətiyyən uyğunlaşmır. Gölün canlandırılması üçün ayrılan vəsait Urmiyanı Canlandırma Mərkəzinin vasitəsi ilə parlament və prezident seçkilərinə xərclənib. Həqiqət budur ki, Canlandırma Mərkəzinin rəsmiləri və yerli rəsmilər Urmiya gölü və Urmiya əhalisinə xəyanət edirlər”.|Axar/az