Azərbaycanlı biznesmeni daşa basdılar - TÜRKİYƏDƏ

Türkiyənin Antalya şəhərində azərbaycanlı iş adamı hücuma məruz qalıb.
Azvision.az xəbər verir ki, 37 yaşlı iş adamı Zaur Həsənov işgüzar görüşdən qayıdarkən yolda başqa bir avtomobil onun bahalı “Cip”ini əzərək hadisə yerindən qaçıb.
Bundan qəzəblənən Z.Həsənov həmin avtomobili təqib etməyə başlayıb.
O, Yaşıldərə adlanan məhəllədə təqib etdiyi avtomobilin sürücüsü və yaxınları tərəfindən hücuma məruz qalıb. Onlar azərbaycanlı iş adamını daşa basıblar.
Çıxılmaz vəziyyətdə qalan Z.Həsənov hadisə yerindən qaçaraq dərhal polisə məlumat verib.
O, polis əməkdaşlarının köməyilə içərisində mobil telefonu, pul qabı, kredit kartları olan avtomobilini götürə bilib.
Z.Həsənov ona hücum edən şəxslərdən şikayətçi olmadığını deyib.