Azərbaycanlı biznesmen "Lamborghini" ilə paytaxtda DƏHŞƏTLİ QƏZA TÖRƏTDİ - Reanimasiyadadır/VİDEO

Baxış sayı:
11326

Azərbaycanlı biznesmen Yervand Qazarov ötən gün Rusiyanın paytaxtı Moskvada qəza törədib.

Rusiya KİV-inə istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Y.Qazarovun idarə etdiyi "Lamborghini Gallardo" markalı avtomobil "BMW" ilə toqquşub.

Qazarovun avtomobilində "Delovaya Rossiya" təşkilatının komitə sədri Mariya Melixovada olub. O, ciddi xəsarət alıb və reanimasiyaya yerləşdirilib.

Yervand Qazarova qarşı cinayət işi açılıb.