​Azərbaycanlı aktrisa xəstəxanaya yerləşdirildi — VƏZİYYƏTİ AĞIRDIR

Muxalifet.az xəbər verir ki, tanınmış aktrisa, əməkdar artist Kəmalə Müzəffərin xəstəxanaya yerləşdirilməsi haqqında Milli.Az-a məlumat daxil olub.
Xəbərin nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirmək üçün aktrisanın özü ilə əlaqə saxladıq. Əməkdar artist telefon zəngimizə cavab verməsə də aktrisanın yaxınları yayılan məlumatı təsdiqləyib:
" Kəmalə xanım "Vicdan haqqı" serialından getdiyinə görə uzun zamandır ki, izləyicilərinin böhtanlarına, ağır ittihamlarına məruz qalırdı. Bütün bu təhqirlər və ittihamlar aylardır Kəmalə xanıma çox pis təsir edirdi. Elə bunun nəticəsidir ki, əsəb və stressdən bu səhər Kəmalə xanımın səhhəti ağırlaşdı və səhər saatlarında onu xəstəxanaya çatdırdıq.
Bəzi instagram səhifələri isə Kəmalə xanımın pula görə serialdan getməsini əsas gətirərək  onu ittiham da edirdilər. Bilirik, tamaşaçıları Kəmalə xanımın serialdan getməsini istəmirdi, sadəcə olaraq belə alındı. Onu sevənlərdən Kəmalə xanıma qarşı sayğılı və anlayışlı olmalarını xahiş edirik" deyə aktrisanın yaxını bildirib.