​Azərbaycanlı aktrisa xalq artistinin qardaşı oğlu ilə evləndi - foto

Baxış sayı:
4738

Bir neçə ay öncə azərbaycanlı aktrisa Natavan Əfəndiyevanın evlənməsi üzə çıxmışdı. Lakin onun kiminlə ailə qurması barədə məlumat yox idi.
Axşam.az-ın əldə etdiyi məlumata görə, sənətçinin evləndiyi şəxs Xalq artisti Akif İslamzadənin qardaşı oğlu Vüqar İslamzadədir.
O, rejissorluq fəaliyyəti ilə məşğuldur. Cütlüyün tanışlığı bir neçə il öncəyə dayanır. Onlar ötən il ailə qurublar.
Bu günlərdə isə Natavan həyat yoldaşı ilə fotolarını paylaşıb.
Aktrisa sosial media hesabında soyadının sonuna “İslamzadə” sözünü də əlavə edib.
Qeyd edək ki, Natavan Əfəndiyeva “Vicdan haqqı” serialı ilə məşhurlaşıb. Sənətçi “Don Marleone” filmində də rol alıb.