Azərbaycanlı aktrisa vəfat etdi - Meningit olubmuş… - Yenilənib

Gənc aktrisanın xalası qızı Rübabə Səfərova aktrisanın vəziyyəti ilə bağlı Publika.az-a məlumat verib.
Bildirib ki, müalicə aldığı xəstəxananın həkimləri Milanın komaya düşdüyünü deyiblər:
"Mila dünən səhər saat 10:39-da kliniki ölüm keçirdi. Indi nəfəs aparatına bağlıdır. Bu gün saat 12:00-a qədər ayılmasa, nəfəs aparatından ayıracaqlar”.

***
11-34
Azərbaycanlı gənc aktrisa Mila Əminə dünyasını dəyişib.

 
Son 1 ay ərzində başağrısından şikayət edən 29 yaşlı aktrisa müalicə üçün Türkiyəyə yollanıb. Onun meningit xəstəliyinə düçar olduğu və xəstəlik dərinləşdiyindən komaya düşdüyü bildirilir.
Aktrisa orada vəfat edib.
Qeyd edək ki, Mila bir neçə filmdə və o cümlədən Xəzər TV-də "Kölgə" serialında rol alıb./bakipost.az