“Azərbaycanla sərhədin delimitasiyası üzrə aparılan işləri diqqətlə izləyirik” – Baş keşiş

Baxış sayı:
6298

“Gürcüstan Patriarxlığı Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası üzrə aparılan işləri diqqətlə izləyir”.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının protopresviteri (baş keşiş-red.) Giorgi Zviadadze bildirib.
Onun sözlərinə görə, Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyi olduqca qaneedici informasiyalar yayır: “Mən hazırda bu məsələ ilə bağlı hər hansı bir bəyanat verə bilmərəm. Belə ki, məsələyə birbaşa cəlb olunmamışam”.
G.Zviadadze qeyd edib ki, Gürcüstan Patriarxlığının Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı bəyanat verəcəyi nəzərdə tutulub.