“Azərbaycanla problemlərin bu ayın sonunadək həll ediləcəyini gözləyirik” – Avropa Şurası

 “Bu ayın sonuna kimi Avropa Şurası ilə Azərbaycan arasında problemlərin həllinə dair böyük gözləntilər var”.
 
Bunu sözləri APA-ya açıqlamasında Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Harnyeş deyib.
Onun sözlərinə görə, AŞ ilə Azərbaycan arasında problemin səbəbi Avropa İnsan Haqları Məhkəməsinin qərarlarından birinin icra edilməməsidir: “Bu, əslində, hüquqi məsələdir, lakin siyasi mahiyyəti var. Bununla belə, görürük ki, Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq gündəlik həyatda çox intensivdir. Həmişəki kimi, işlərimizi davam etdiririk. Bu siyasi gərginlik bizim gündəlik işlərimizə təsir etmir.
Avropa siyasi həyatında bu ay bir çox tədbirlər olacaq ki, bunlar da Azərbaycana və “Şərq tərəfdaşlığı” ölkələrinə böyük təsir göstərəcək. Hansı konkret addımların atılacağını isə demək indidən çox çətindir. Lakin dəqiq olan odur ki, bu çətinliklərin tez bir zamanda öhdəsindən gəlmək hamının marağındadır”.