​Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 21% artıb

Baxış sayı:
112

Bu ilin yanvar-avqust aylarında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 2 393 452,16 min ABŞ dolları təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur.
Muxalifet.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Hesabata əsasən, bu müddətdə həmin ölkələrə ixrac 13% artaraq 682 850,51 min dollar, Azərbaycanın MDB-dən idxalı isə 24% artaraq 1 710601,65 min dollara çatıb. Beləliklə, Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin mənfi saldosu 33% artaraq 1 027 751,14 min dollar təşkil edib.
Qeyd edək ki, ölkə üzrə cəmi ixracın 5,30%-i, idxalın isə 24,92%-i məhz MDB ölkələri ilə həyata keçirilən əməliyyatların payına düşüb.