Azərbaycanla İsrail arasında müzakirələr: Müdafiə sənayesi

Bu gün Müdafiə Sənayesi Nazirliyində (MSN) Azərbaycanda səfərdə olan İsrail Müdafiə Nazirliyinin müdafiə ixracı və müdafiə əməkdaşlığı üzrə şöbəsinin (SİBAT) müdiri Mişel Ben Baruhun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
 
MSN-dən verilən xəbərə görə, nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumatlar çatdırılıb.
 Görüşdə Azərbaycan və İsrail arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
İsrailin Azərbaycandakı səfiri Dan Stav da görüşdə iştirak edib.