Azərbaycanın Zəngilan şəhərində erməni bayrağı altında müşavirə keçirildi - FOTOLAR

Baxış sayı:
5751

Müstəqil(!) Azərbaycan Respublikasının 26-cı ildir ki, işğal altında qalan Zəngilan rayon mərkəzində qondarma separatçı-terrorçu rejimin “dövlət naziri” sayılan Qriqori Martirosyan ad-soyadlı məxluqun rəhbərliyi ilə geniş müşavirə keçirilib. Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, müşavirədə “Kovsakan” adlandırılmış Zəngilan şəhəri və ətraf kəndlərin, eləcə də bütövlükdə həmin məntəqələrin də daxil olduğu “Kaşataq rayonu”nun(Laçın, Qubadlı və Zəngilan rayonları) iqtisadi-sosial problemləri müzakirə olunub. “Kaşataq rayonu”nun faktiki başçısı Stepan Sərkisyan bildirib ki, hazırda “rayon”da əsasən yol tikintisi və su çəkilişi ilə bağlı işlər görülür. Qafan-Zəngilan yolunun, 30 km-lik Mincevan-Zəngilan su kəmərinin təmiri aparılır, Mincevan qəsəbəsində yeni çoxmənzilli evin tikintisinə başlanılıb... P.S....