Azərbaycanın Qarabağ danışıqlarında çəkdiyi "qırmızı xətt" - ERMƏNİLƏR NƏDƏN NARAHAT OLMAĞA BAŞLAYIB....

Baxış sayı:
946

"Biz Qarabağın iştirakını danışıqlar predmetinə çevirə bildik".
Bunu dekabrın 10-da hakim "Mənim addımım" blokundan olan deputat Hovhannes İgityan jurnalistlərlə söhbətində deyib.
Muxalifet.az bu barədə  "Armenianreport" saytına istinadla xəbər verir. 
“Bu açıqlamada vurğulanan əsas məsələ, münaqişənin sülh yolu ilə həllinə alternativin olmamasıdır. Düşünürəm ki, belə vəziyyətdə Azərbaycanın məsələni hərbi yolla həll etməsi daha çətin olacaq", - deyə İgityan bildirib.
İqityan, Bakının Qarabağın tərəf kimi danışıqlar masasında oturacağına cavab olaraq, Dağlıq Qarabağın azərbaycanlı icmasının da bunu etməli olduğuna belə şərh verib: “Ermənistanın baş naziri Nikol Paşinyan bildirdi ki, Prezident Əliyevlə yanaşı, nümayəndə heyətinin bəzi üzvləri, o cümlədən Dağlıq Qarabağının azərbaycanlı icmasının da danışıqlar masası ətrafında oturmasında problem görmür. Prezident Əliyev onların maraqlarını təmsil edir. Erməni xalqı isə Paşinyanı seçdi.
Yalnız bir seqment qalıb - Qarabağ xalqı və heç kim onları masanın ətrafında təmsil edə bilməz. Əhəmiyyətli olan odur ki, biz heç olmasa DQR-nin iştirakını danışıqlar mərhələsində danışıqlar predmetinə çevirə bildik”.

P.S. Yaxın günlərdə Bratislavada ATƏT-in vasitəçiliyi ilə erməni XİN Mnatskanyan və Azərbaycan XİN naziri E.Məmmədyarovun iştirakı ilə keçirilən görüşdə ermənilər öz sərsəm mövqelərindən çıxış etsələr də Azərbaycan qəti mövqeyini ortaya qoyub dövlətin üstündən keçilə bilməyəcək "qırmızı xətt"-ləri bəyan etmişdi. Ermənilər inadla mövqelərindən geri çəkilməməklə göstərirlər ki, Ermənistanla Qarabağ separatçıları arasında münaqişə və fikir ayrılığı yoxdur və separatçılar onlarla hesablaşırlar. Həmçinin Paşinyan ”üçlü" görüş keçirməklə beynəlxalq aləmə mesaj göndərir ki, münaqişənin həlli Dağlıq Qarabağdakı separatçıların maraqlarına cavab verməlidir. Bunun özü göstərir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratislavadakı görüşü nəticəsiz qalıb". Daha bir sual - Lavrov bildirmişdi ki, rəsmi Moskva Azərbaycan Ermənistan XİN başçılarının Bratislavadakı görüşündən nəticə gözləyir. O bilmirdi ki, erməni tərəfin mövqeyi nə olacaq? Yəni bundan xəbərsiz idi? Çətin ki.
Muxalifet.az