​Azərbaycanın olimpiadaya qazandığı lisenziyaların sayı 17-yə çatdı - SİYAHI

Baxış sayı:
3280

Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına Azərbaycanın qazandığı lisenziyaların sayı 17-yə çatıb. 
Milli Olimpiya Komitəsindən verilən məlumata görə, lisenziyalar 9 idman növü üzrə əldə edilib. 
Hələlik olimpiadaya üzgüçü Fatimə Alkərəmova (bütün yarış növləri), stolüstü tennisçi Ninq Jinq və Yu Xinhanq, taekvondoçular Minayə Əkbərova (44 kq) və Cavad Ağayev (63), boksçular Nurlan Səfərov (60 kq) və Nicat Həsənov (69 kq), sərbəst güləşçilər Turan Bayramov (65 kq) və Şəhanə Nəzərova (43 kq), gimnastlar Yelizaveta Luzan və Səməd Məmmədli, cüdoçular Vüsalə Kərimova (44 kq) və Vüqar Talıbov (66), ağırlıqqaldıranlar Tamerxan Babayev (85 kq) və Lalə Rzazadə (58 kq), atletlər Rüstəm Məmmədov və Fəxriyyə Tağızadənin yollanacağı rəsmiləşib.
Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları 6-18 oktyabrda təşkil olunacaq.