​Azərbaycanın məşhur universiteti bağlandı – Tələbələr köçürülür

Baxış sayı:
7021

Azərbaycanda fəaliyyət göstərən İslam Universiteti bağlanıb.
Bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.
O deyib ki,  Bakı İslam Universiteti fəaliyyətini dayandırır: “Tələbələri topladıqları ballara uyğun olaraq digər universitetlərə köçürüləcəklər. Aldığım məlumata görə artıq bu il birinci kursa qəbul olan tələbələr artıq köçürülüb”.
Qeyd edək ki, ölkədə İlahiyyat Universiteti yarandığı üçün bu addımın atıldığı bildirilir./Minval/