​Azərbaycanın məşhur həkimi Türkiyədə birinci oldu - VİDEO

Baxış sayı:
2938

Azərbaycanın məşhur həkim kosmetoloqu, Dr. Elnarə Rzayeva Türkiyədə mükafata layiq görülüb.
Muxalifet.az xəbər verir ki, o eyni zamanda qardaş ölkənin "TV 8” televiziyasının qonağı olub.
Türkiyəli aparıcıların suallarını cavablandıran Dr. Elnarə Rzayeva kosmetologiyada tətbiq olunan yeniliklərdən, Avropa protokollarından və onların üstünlüklərindən danışıb.
Gördüyü işlər və yenilikləri türkiyəli izləyicilərlə paylaşan Dr. Elnarə Rzayeva bildirib ki, hazırda mezoterapiya, botoks, iynəsiz cavanlaşma, dodaq dolğusu, müxtəlif cür maskaların hazırlanması və digər prosedurları tətbiq edir.
Daha sonra tətbiq etdiyi yenilikləri efirdən canlı nümayiş etdirən Dr. Elnarə Rzayeva cəmi bir neçə həftəyə xanımların illərdir onları narahat edən problemlərdən birdəfəlik xilas olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, Dr. Elnarə Rzayeva Azərbaycanın ən məşhur və peşəkar həkim-kosmetoloqlarındandır. Kosmetologiyada olan ən müasir yenilikləri ölkəmizdə tətbiq edir.