“Azərbaycanın KTMT-yə müşahidəçi kimi qəbul edilməsi çoxluğu ilə olsa, o zaman bu, mümkündür” - ŞOK AÇIQLAMA

Baxış sayı:
375
“Azərbaycanın KTMT-yə müşahidəçi kimi qəbul edilməsi səs çoxluğu ilə olsa, o zaman bu, mümkündür”.

 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus hərbi analitik Aleksandr Xramçixin deyib.


Onun sözlərinə görə, bu kimi dəyişikliklər təşkilata mümkün qədər çox ölkənin cəlb edilməsi üçün edilir.

Rus politoloq Stanislav Tarasov isə bildirib ki, hazırda rəsmi İrəvanın vəziyyəti necə qiymətləndirdiyinə təəccüb edir. 


“Kim deyib ki, Azərbaycan KTMT ilə hər hansı əməkdaşlıq etmək istəyir? Cənab Paşinyan KTMT ilə bağlı onun üçün qəbul edilən, olmayan vəziyyətlər haqqında bəyanat verəndə Azərbaycan elan etdi ki, əgər sizə əlverişli deyilsə, biz qoşularıq. Yeri gəlmişkən, təkcə əsas simalar yox, eləcə də ekspertlər dedilər ki, buna icazə verməyəcəklər. Şavarş Köçəryan bir neçə gün bundan əvvəl, Ermənistan Baş naziri isə daha əvvəl demişdi ki, buna icazə verməyəcəklər. Kim qoşulmağı xahiş edir?”, - deyə Tarasov qeyd edib

Xatırladaq ki, KTMT-də müşahidəçi və tərəfdaş dövlətin statusu məsələsi “2002-ci il 7 oktybar Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatının nizamnaməsində dəyişikliklər edilməsi haqqında” üçüncü protokolun ratifikasiya edilməsi ilə bağlı lahiyə ilə tənzimlənirdi. 

Lakin cari il ərzində Rusiya Federasiyasının prezidenti Vladimir Putin KTMT-də müşahidəçi statusu və təşkilatda təmsil olunan ölkələrin səlahiyyətlərinin aydınlaşdırılması haqqında qanun layihələri paketini təsdiq olunmaq üçün dövlət dumasına təqdim edib.

Sənədin əsaslandırılmasında qeyd edilib ki, KTMT-nin “üzv ölkələrinin nümayəndələri” anlayışı aydınlaşdırılır. KTMT-də səlahiyyətli nümayəndə anlayışı əvəzinə daimi və səlahiyyətli nümayəndə anlayışı daxil edilir. Baş katibin müavini vəzifələri və onların anlayışı müəyyən olunur. Bu təlimatla, həmçinin güzəştlər və toxunulmazlıqlar yalnız Baş katib və onun ailəsi üçün deyil, onun müavinləri və ailə üzvləri üçün də tətbiq olunur.

Burada 1961-ci il aprelin 18-də diplomatik münasibətlər haqqında Vyana konvensiyasının əsas götürüldüyü bildirilib. Üçüncü təlimatda isə KTMT-nin “müşahidəçi” və “tərəfdaş” statusları, təşkilat üzvü olmayan, lakin onun məqsəd və problemlərini bölüşən ölkələr və beynəlxalq təşkilatlar üçün müəyyən edilməsini nəzərdə tutur.

Maraqlıdır ki, təsdiq olunmağa təqdim olunan 2002-ci il oktyabrın 7-də KTMT-nin hüquqi statusu haqqında razılaşmada dəyişikliklər edilməsi haqqında ikinci və üçüncü təlimatlar 2018-ci il noyabrın 8-də Astanada imzalanıb. Başqa sözlə, Ermənistanın bu barədə Astanadakı müzakirələrdə iştirak etdiyi və öz razılığını verdiyi məlum olur.

Alpər Mövludoğlu