Azərbaycanın "İnterpol" xətti ilə beynəlxalq axtarışa verdiyi qadın Dubayda saxlanılıb

Baxış sayı:
4792

Azərbaycan dövlətinin "İnterpol" xətti ilə beynəlxalq axtarışa verdiyi qadın Dubayda tutulub.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) maddəsi ilə axtarışda olan 46 yaşlı Beydiyeva Zenfirə Şahbala qızı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) saxlanılıb.
Onun Azərbaycana ekstradisiyası üçün iş aparılır.
Qeyd edək ki, Z.Beydiyeva 16.07.1973-cü ildə Əli-Bayramlı şəhərində anadan olub, Şirvan şəhər sakinidir. Barəsində 2016-cı ildə axtarış elan edilib./report