Azərbaycanın "İnterpol" xətti ilə axtarışa verdiyi qadın Belarusda saxlanıldı

Baxış sayı:
523

Azərbaycanın beynəlxalq axtarışa verdiyi 51 yaşlı qadın tutulub.

"İnterpol" xətti ilə axtarışda olan 1968-ci il təvəllüdlü Viktoriya İsgəndərova Belarusda saxlanılıb.

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

V.İsgəndərovanın Azərbaycana ekstradisiya olunması üçün tədbirlər davam etdirilir.