Azərbaycanın futbol mütəxəssisləri dünya reytinqində - SİYAHI

Baxış sayı:
4885

"World Coach Ranking" dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlayıb.
Muxalifət.az xəbər verir ki, siyahıda Azərbaycandan üç məşqçi - Qurban Qurbanov ("Qarabağ"), Roman Qriqorçuk ("Qəbələ") və Ayxan Abaasovun ("Zirə") adı yer alıb.
Onlardan ən yaxşı nəticə Qurban Qurbanova məxsusdur. 45 yaşlı mütəxəssis 1169 xalla 491-ci (+8) pillədə qərarlaşıb. R.Qriqorçuk 255 xalla 939-cu (+2), A. Abbasov 217 xalla 991-cidir (-2).
Qeyd edək ki, reytinq siyahısına "Real"ın çalışdırıcısı Zinəddin Zidan (18 467 xal) başçılıq edir. Renato Qauşo ("Qremio") 14 174 xalla 2-ci, Ernesto Valverde ("Barselona") 13 642 xalla 3-cü pillədə qərarlaşıb.