​Azərbaycanın erməniləri vahiməyə salan silahı - Video

Baxış sayı:
6832

Rusiya mətbuatında Azərbaycanın kəşfiyyat-zərbə pilotsuz uçuş aparatlarının görüntülərinin yayıldığı haqda məlumat var. Haqqında danışılan kadr isə Dövlət Sərhəd Xidmətinin Sahil mühafizəsinin gəmisindən verilən görüntüdür...
Muxalifet.az real tv-yə istinadla xəbər verir ki. əslində sensasiya kimi təqdim edilən bu məlumatda qeyri-adi heç nə yoxdur. Belə ki, Azərbaycan heç də pilotsuz zərbə aparatları - dronlar haqda məlumatı gizlətmir. 2016-cı ilin aprel döyüşlərində də bu dronlar işğalçı Ermənistan silahlı birləşmələrinə ciddi zərbələr endirildi.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müvafiq müəssisısində artıq bu zərbə pilotsuzları özümüz istehsal edirik... Radar və 360 dərəcə baxış bucağı olan kamera ilə təchiz olunan bu zərbə pilotsuz uçuş aparatları İsrailin "Naqor" və "Naqru" PUA-larının əsasında hazırlanır.
Dronlar hədəfi axtarıb tapır və təsbit etdikdən sonra özütuşlanan raket-mərmiyə, tarana gedən təyyarəyə çevrilir. Kəşfiyyat aparıb həmləyə hazır olan dronlar hədəfə hücum anında komanda məntəqəsindən geri çağırıla da bilər.
Zərbə pilotsuz uçuş aparatı konteyner tipli daşınan qurğudan buraxılır. Bu dronlar düşmənin hava hücumundan müdafiə vasitələrini məhv etmək üçün nəzərdə tutulub. Çəkisi 135 kiloqram olan bu pilotsuzların uçuş məsafəsi 1000 kilometr, sürəti saatda 185 kilometrdir, səmada qalma müddəti 6 saatdır.