“Azərbaycanın dostu” erməni separatçılarının Avropaya səfərini təşkil edib

Baxış sayı: 88

Milli Məclisin dəvətilə dəfələrlə Azərbaycanda səfərdə olan Beynəlxalq Avropa Hərəkatının baş katibi Dieqo Pinto qanunsuz olaraq işğal altındakı Dağlıq Qarabağdakı separatçıların lideri Bako Saakyanın, separatçı rejimin “xarici işlər naziri” Karen Mirzoyanın və “ombudsmanı” Tuben Melikyanın Brüsselə səfərini təşkil edib.
 
Hazırda Ermənistanın Avropalı Dostları təşkilatına rəhbərlik edən Dieqo Pinto oktyabrın 20-dən başlayaraq, Brüsseldə erməni separatçılarının avropalı rəsmi şəxslərlə görüşlərinə vasitəçilik edir.
Onun təşəbbüsü və təşkilatçılı ilə Belçikada “Avropa Birliyi-Artsaxın əməkdaşlığı” mövzusunda tədbir keçirilib. Separatçılara tribuna verən tədbirin əsas təşkilatçısı məhz Dieqo Pinto olub.
Tədbir zamanı çıxış edən Dieqo Pinto və erməni separatçıları Azərbaycan dövləti əleyhinə cəfəng iddialar səsləndirib.
Qeyd edək ki, son illərədək “Azərbaycanın dostu” kimi tanınan Dieqo Pinto dəfələrlə Bakıya səfərlər edib. Səfər çərçivəsində o, Azərbaycan Prezident Administrasiyasında, Xarici İşlər Nazirliyində, Milli Məclisdə tanınmış rəsmi şəxslərlə, siyasi partiya sədrləri, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları nümayəndələri ilə görüşlər keçirib. Hətta, Dieqo Pinto Bakıya səfəri zamanı mətbuat konfransları keçirərək, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini də bəyan edib. Əslən Portuqaliyadan olan Dieqo Pintonun Azərbaycanda və ötən günlərdə Brüsseldə keçirdiyi görüşlərdə çəkilən fotolarını təqdim edirik.