​Azərbaycanın bu kəndində heç vaxt işıq olmayıb...

Baxış sayı:
1654

Bu kəndin heç vaxt elektriklə bağlı problemi olmayıb, çünki indiyə kimi kəndə elektrik xətti çəkilməyib.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Camping Azerbaijan" turizim şirkətinin fotoqrafı Elşən Baba Astaranın Siyov kəndindən bəhs edərkən yazıb. Fotoqrafın sözlərinə görə, kənd Hirkan Milli Parkının dərinliklərində yerləşir:
"Kənddə təxmini 10 ev var. Sakinlər, əsasən, arıçılıqla məşğul olurlar. Tək-tük mal-qarası olanlar da var. Nə rayon mərkəzi, nə də ki ətraf kəndlərlə onları birləşdirən yolları var. Aldıqları ərzaqları, yüklərini atla daşıyırlar. Qış yaxınlaşanda artıq hər şeyi alıb hazır qoyurlar. Çünki orada qış çox sərt keçir, qar da çox yağır".