Azərbaycanın axtarışa verdiyi biznesmen Ukraynada saxlanıldı

Baxış sayı:
136

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi 41 yaşlı Adil Ələsgərov Ukraynada saxlanılıb.

“ADF” şirkətinin prezidenti olan A.Ələsgərov vergi ödəməkdən yayındığına görə barəsində cinayət işi başlanıb.

Hazırda biznesmenin Azərbaycana ekstradisiyası üçün işlər davam etdirilir.

Qeyd edək ki, “ADF” şirkəti Azərbaycana avtomobil ehtiyat hissələri gətirirmiş.(“Report”)