Azərbaycanın 31 məmurunun adı Qərbin “qara siyahı”sında

İnsan haqlarını pozan hakim və prokurorlara sanksiya tətbiq oluna bilər

Avropa Birliyi və ABŞ Dövlət Departamentinin ilkin razılaşdırdığı siyahıda hansı məmurların adları yer alır?

Avropa Birliyi və ABŞ Dövlət Departamenti Azərbaycandan olan bir sıra məmurlara qarşı sanksiyaların tətbiq edilməsi barədə ilkin razılığa gəlib. Bu barədə məlumat "Azərbaycan saatı" proqramının son sayında verilib.

Qeyd edək ki, bu məmurlar Azərbaycanda insan haqlarının pozulmasında birbaşa iştirak etdiyi bildirilən hakimlər və prokurorlardır. İlkin siyahıda 31 nəfərin adı yer alır.

Adları siyahıda olan şəxslər bunlardır:

1. Rüstəm Usubov - Baş prokurorun birinci müavini;

2. İbrahim Ləmbəranski - Baş Prokurorluğun müstəntiqi;

3. Eldar Əhmədov - Baş Prokurorluqda İdarə rəisi;

4. Nadir Mirzəyev - Baş Prokurorluğun müstəntiqi;

5. Pərviz İbayev - Baş Prokurorluğun müstəntiqi;

6. Ramil Qurbanov - Baş Prokurorluğun müstəntiqi;

7. Emil Qəhrəmanov - Baş Prokurorluğun müstəntiqi;

8. Qasım Məmmədov - Baş Prokurorluğun müstəntiqi;

9. Səttar Rzayev - Baş Prokurorluğun müstəntiqi;

10. Vüqar Nəsibov - Baş Prokurorluğun müstəntiqi;

11. Sənan Paşayev - Baş Prokurorluğun müstəntiqi;

12. Orxan Babayev - Baş Prokurorluğun müstəntiqi;

13. Emin Mehdiyev  - Nəsimi rayon Məhkəməsinin hakimi; (İlqar Məmmədovun işin aparıb)

14. Elmar Kərimov - Nəsimi rayon Məhkəməsinin hakimi; (Qurban Məmmədovun işin aparıb)

15. Xumar Mərdanova - Nəsimi rayon Məhkəməsinin hakimi; (Qurban Məmmədovun işin aparıb)

16. Şəlalə Həsənova - Nəsimi rayon Məhkəməsinin hakimi; (İntiqam Əliyevin işin aparıb)

17. Babək Pənahov - Nəsimi rayon Məhkəməsinin hakimi;

18. Elman İsayev - Nəsimi rayon Məhkəməsinin hakimi;

19. Faiq Qasımov - Bakı Apellyasiya Məhkəməsinin hakimi;

20. İkram Şirinov - Bakı Apellyasiya Məhkəməsinin hakimi;

21. Mirzəyev Sahibxan - Bakı Apellyasiya Məhkəməsinin hakimi;

22. Camal Ramazanov - Bakı Apellyasiya Məhkəməsinin hakimi;

23. Əflatun Qasımov - Bakı Apellyasiya Məhkəməsinin hakimi;

24. Mirzəli Abbasov- Bakı Apellyasiya Məhkəməsinin hakimi;

25. Əmir Bayramov - Bakı Apellyasiya Məhkəməsinin hakimi;

26. Mirpaşa Hüseynov - Bakı Apellyasiya Məhkəməsinin hakimi;

27. Həsən Əhmədov - Bakı Apellyasiya Məhkəməsinin hakimi;

28.Vaqif Mursaqulov - Bakı Apellyasiya Məhkəməsinin hakimi;

29.Qail Məmmədov - Bakı Apellyasiya Məhkəməsinin hakimi;

30. Rizvan Səfərov - Bakı Apellyasiya Məhkəməsinin hakimi;

31. Abid Abdinbəyov - Bakı Apellyasiya Məhkəməsinin hakimi;  

Məlumatda o da deyilir ki, Azərbaycan hökuməti artıq bu barədə məlumatlıdır. Yəni hakimiyyət dairələrində bilirlər ki, siyahıda adları çəkilən şəxslərə Avropa ölkələrinə getmək qeyri-rəsmi qadağandır və hazırda bunun rəsmiləşməsi istiqamətində işlər gedir.

muxalifet.com