Azərbaycanın 2021-ci il üçün siyasi hədəfləri… – TURAN PARTİYASI TƏKLİFLƏRİNİ AÇIQLADI

Baxış sayı:
1510

“Hər şey Qarabağ üçün!” devizi hər kəsin amalına çevrilib, bizləri Büöv Azərbaycana aparmalıdır. Odur ki, 2021-ci il üçün Azərbaycanın siyasi hədəfləri bunlar olmalıdır:
1. Xankəndi daxil olmaqla, Qarabağın hər yerində Azərbaycan bayrağı dalğalanmalıdır;
1.2 Rusya sülhməramlıların geri dönüşünə nail olunmalıdır;
2. Türkiyə Azərbaycan Andı yasalarla rəsmləşməlidir;
2.1 Ortaq Ordu yaradılmalıdır;
2.2 Ortak bazar olmalıdır;
2.3 İdxal rüsumları sıfırlanmalıdır;
2.4 Hər iki dövlətin vatandaşlarına oturum və işləmək izni verilməlidir;
2.5 Hərbi, ağır və yüngül sənayedə ortaq istehsala başlanılmalıdır;
3. Türk Dövlətləri Keneşi hərbi, iqtisadi birliklə əvəzlənməli, işlək mexanizmləri olan Türk Birliyi qurulmalıdır;
4. Azərbaycanın siyasi mühiti yad güclərin işğalından azad olmalıdır;
4.1 Başda YAP olmaqla, bütün partiyalar “5-ci kolon”dan təmizlənməlidir;
4.2 Hakimiyətin bütün qolları yenilənməlidir;
5. Şəhidlik və Qazilik statusu qanunlarla tənzimlənməlidir;
5.1  Şəhid ailələri və Qazilər “5-ci kolon”dan təmizlənən siyasi mühiti doldurmalıdır;
5.2 Hakimiyətdən təmizlənən “5-ci kolon”çuların yerinə daha çox Şəhid ailələri və Qazilər cəlb olunmalıdır;
5.3 Məktəb direktorları Şəhid ailələrinin təmsilçilərindən və Qazilərdən yenilənməlidir;
5.4 Bölgə İcra strukturlarının ən azı birinci müavinləri Şəhid ailələrindən və Qazilərdən təyin edilməlidir;
5.5 Sosial yönümlü nazirliklərə Şəhid ailələri və Qazilərdən olanlar rəhbərlək etməlidir;
5.6 Polis və bütün güc strukturları Şəhid övladları və Qazilərdən formalaşmalıdır;
7. Dövlət sosial proqramlara geniş yer ayırmalıdır;
7.1 Aclık həddində yaşayan vatandaş olmamalıdır;
7.2 Tibbi sığorta hər kəsə şamil edilməlidir;
8. “Hər şey Qarabağ üçün!” devizi hər kəsin amalına çevrilib, bizləri Bütöv Azərbaycana aparmalıdır;
Turan Partiyası bütün çalışmalarını bu işlərin gerçəkləşməsinə yönəldəcəkdir.
Cahandar BAYOĞLU,
Turan Partiyası Başqanı