​ “Azərbaycanı Vətənim kimi görürəm” - Binəli Yıldırım

Baxış sayı:
3064

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxışına azərbaycanca başlaması alqışa səbəb olub.
Muxalifet.az “Milliyət”ə istinadla xəbər verir ki, Binəli Yıldırım çıxışının ilk hissəsini Azərbaycan dilində edib.
“Azadlığımız, gələcəyimiz, əmin-amanlığımız bir-biri ilə bağlıdır. Birlikdə ağlayıb birgə gülürük. Ümidlərimiz, xəyallarımız və ideallarımız eynidir. Eyni dildə danışırıq, fikirlərimiz eyni nöqtədə birləşir. Azərbaycanda soyuq olsa, biz üşüyərik, Azərbaycana soyuq dəysə, biz xəstələnərik. Biz xarici dövlətlərin adını çəkəndə Azərbaycanı o siyahıya salmırıq. Çünki Türkiyə Azərbaycandır, Azərbaycan da Türkiyə”, -deyə Binəli Yıldırım bildirib.
Deputat seçildiyi İzmir şəhərinin Bakı ilə qardaşlaşdığını xatırladan Binəli Yıldırım özünü həm də Azərbaycanın deputatı hesab etdiyini bildirib: “Azərbaycanı Vətənim kimi görürəm”.