Azərbaycanı tərk edən müğənni evini də satışa çıxardı - FOTO

Baxış sayı:
14021

Tanınmış müğənni Elariz Məmmədoğlu evini satışa çıxarıb. 

Belə ki, bir müddətdir Amerika Birləşmiş Ştatlarında (ABŞ)  yaşayan ifaçı Bakının Binə qəsəbəsində yerləşən evini satışa çıxarıb. Müğənni sözügedən tikili üçün 25000 manat qiymət təyin edib.  

Xatırladaq ki, o, həmin evi əvvəllər  də bir neçə dəfə satışa çıxarsa da, sata bilməmişdi. Həmçinin müğənni 2016-cı ildə borclarını ödəmək üçün 3 maşınını birdən satmışdı.

Xatırladaq ki, 2017-ci ildə  Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu ölkədə yaşamaq və işləmək hüququ verən "Greencard” lotereyasının qalibləri arasında Elariz Məmmədoğlu da var idi. O, 2017-ci ildə "Greencard” udsa da, cari ilin əvvəlindən ABŞ-da yaşayır.