AZƏRBAYCANI GÖZLƏYƏN TƏHLÜKƏ - Bazarları geni dəyişdirilmış məhsullar bürüyüb, 5-6 il sonra...

Baxış sayı:
3664

Azərbaycanın qeyri-neft sektorunda, xüsusilə aqrar sahədə vəziyyət bir o qədər də ürəkaçan deyil. Hökumət rəsimləri hər il bu sahəyə ayrılan maliyyə vəsaitlərinin həcmini artırsa da, ölkə xaricidən idxal olunan ərzaq məhsullarının asıllığından qurtara bilmir. Halbuki, Azərbaycanın iqlim şəraitinə və büdcəsinə görə kənd təsərrüfatı sahəsində güclü inkişafa nail olmaq mümkündür.
Bəs belədə buna nə mane olur?Nəzərə alsaq ki, bu sahə ölkə iqtisadiyyatının inkişafında mühüm rola malikdir, o zaman aqrar sektora hazırki münasibət təəcüblüdür.

Ölkəni inkişaf etdirmək yolları...

Söhbətləşdiyim Biləsuvar rayonunda saç-saqqal ağartmış qocaman mütəxəsislər deyirlər ki, aqrar sahəyə yönəldilən vəsait konkret adamların cibinə, yəni onların yırtıcı iştahına deyil, düzgün istifadəyə xərclənsə, müsbət nəticəyə nail olunar. Təcrübəli kənd təsərrüfatı mütəxəsinin dediyinə görə, dünyada istesal edilməsi mümkün kənd təsarrüfatı məhsullarının növlərinin 90%-dən coxunu Azərbaycanda istesal etmək mümkündür. Buna ölkənin iqlim şəraiti imkan verir, büdcəsi də istənilən qədər, təki istək olsun. Biganəliyin, təsarrüfatsızlığın göstəriciləri və nəticələri geri qalmış ölkələr səviyyəsindədir. Ölkədə böyük potensialın miqdarında adambaşına gündə təxminən 1manat 80 qəpik kənd təsərrüfatı məhsulu istesal edirik. Onun da ərzaq olmayan hissəsini çıxanda bu rəqəm daha aşağı düşər. Bunu mən yox, statistik məlumatlar deyir.
Mütəxəsislərin qənətincə, kənd təsərrüfatında xüsusi mülkiyyətə əsaslanan istesala əngəllər yaradılmasa insanlar kifayət qədər yüksək məhsuldarlıq əldə edə bilər. Bu sahəyə ciddi xarakter daşıyan digər bir məsələ kənd təsərrüfatına maliyyə təminatı məsələsidir. Ölkə iqtisadiyyatına qoyulan sərmayələrin 5-6%-i kənd təsərrüfatına yönəldilir.
Törpaqların şoranlaşmasından təmizlənsə, erroziyanın qarşısı alınsa, ekoloji problemlər həll edilsə, torpağın həqiqi mənada kənd təsərrüfatı üçün ağıllı mütəxəsislərinin hesabatları ilə lazımı miqdarda vəsait ayrılsa təxminən 5-6 il sonra müsbət nəticələr əldə etmək mümkündür.           
Biləsuvarlıların yaxşı yadındadır, rayonun İmişli rayonu ilə sərhəd sahədə təxminən 2500-3000 ha sahə yararsız vəziyyətdə olduğundan sovet dönəmində istifadəsiz, atılmış vəziyyətdəydi. Həmin sahələr “Azərsun Holdinq”ə verildi. Bir müddət aqrotexniki və melorasiya işlər aparıldı, Türkiyədən mütəxəsislər dəvət olundu. Bir necə ilə yararsız torpaq sahəsi tam münbit torpaq sahəsinə çevrildi. Hal hazərda “Azərsun Holdinq” respublikanı ərzaq və kənd təsərrüfatı məhsulları ilə təhciz edir.

Bu təhlükənin qarşısı alınmazsa...

Başbilənlərimizin kənd təsərrüfatına laqediliyi məmur özbaşnalığın pik mərhələsidir ki, bazarları geni dəyişdirilmış məhsullar bürüyüb. Bir necə ildən sonra yerli bitki sortlarına - qarpız, yemiş, pomidor, soğana və digər məhsullara rast gəlinməyəcək. Çünki geni dəyişdirilmiş məhsullar bütün region bazarını bürüyüb. Amma bunlar nə törədəcək, insanların başına bunu hec kim bilmək istəmir.
Yaxşı olardı ki, boş vaxtlarında yollarını Biləsuvar rayonuna salsın, hörmətli Kənd Təsərrüfatı Naziri İnam Kərimov, Melorasiya və su Təsərrüfatı Acıq Səhmdar Cəmiyyətinin Sədri Əhməd Əhmədzadə, Ekalogiya və Təəbiyi Sərvətlər Naziri,Biləsuvar rayonun Xırmandalı kəndinin Mahmudcala deyilən ərazisində qeyri-leqal yollarla Balıq Yetişdirmə kölləri yaradılıb. 500 ha-dan çox ərazini əhatə edən bu qanunsuz köllərin sahibləri heç bir dövlət orqanlarını tanımır, onlara “gözün üstə qaşın var” deyən yoxdur. İlin bütün fəsillərində, əkin sahələrinin suyu bu köllərə axıdılır. Köllərə yaxın əkin sahələri şöranlaşdırılır. Əkin sahələrinin ətrafındakı mühavizə şör kanallara sular axıdılır. Biləsuvar rayonunun Cərcili deyilən ərazisindəki əkin sahələri də Balıq Yetişdirmə gölləri ilə mühasirə olunub. Yəni 23 nəfər qolu güclü Balıq Yetişdirmə göllər “kralları”dır.
0Bir necə bundan qabaq Prezident Aparatının rəhbəri RamizMehdiyev cənabları rayon rəhbərlərinə qanunsuz balıq yetişdirmə köllərinin ləğv edilməsi barədə məktub göndərmişdi. Bir-iki nəfər haqqında qanunsuz göllərin ləğv edilməsi haqqında məhkəmə qərarı cıxarıldı. Amma...
..Amması ondadan ibarətdir ki, guya köllər ləğv edildi. Əslində isə birindən alındı, başqa birisinə satıldı, vəssalam. Prezident Aparatının rəhbərinin tapşırığı beləcə “icra olundu”...

Hər il orta hesabla 12 məhsul üzrə 8-10% real artım ola bilər

Bu anormal şəraiti dəyişmək, diqqət və qayğı düzgün yanaşma olaçağı halda 5-6 ildən sonra Azərbaycanda Kənd Təsərrüfatı sahəsində inqilabi nəticələrə nail olmaq olar. Mütəxəsislər deyir ki, bu halda hər il orta hesabla 12 məhsul üzrə 8-10% real artım ola bilər. Bunun da nəticəsində aqrar sahə ayağa qalxa bilər. Nəticədə həm ölkə əhalisi özünün ərzaq məhsulları ilə təmin etmək olar, həm yünğül sənayeni xammala təmin edərlər, həm də idxal imkanları genişlənər. Əsas məsələ aqrar sahə üzrə müsbət məqamları inkişaf etdirmək, mənfi maraqları aradan qaldırmaq istiqamətində islahatlar proqramının işlənib-hazırlanmasına və onu sistemli şəkildə mərhələrlə 4-5 il müddətində həyata kecirilməsinə ciddi ehtiyac var. Bu zaman kiçik, orta və iri təsərrüfatlara yer olmalıdır ki, aqrar sektora iri, orta və kicik kapitalın effekti kombinasiyasına nail olunsun. Söhbətləşdiyim ağsaqqal Azərbaycanda Kənd Təsərrüfatını  nəyinki 10 milyonluq, hətta bundan 2-3 dəfə cox əhalini təmin etmək səviyyəsində inkişaf edə bilər. Bunun ücün başbilənlərimizdən şəxsi maraqlardan yox, mili maraqları önə kecməsi ücün iradə tələb olunur. Əgər, bu, varsa?!

Əlizadə Nəhmədağaoğlu