Azərbaycandan Türkiyə açıqlaması!

Baxış sayı:
5074

Azərbaycan sərmayə yatırmağa davam edəcəyi Türkiyə iqtisadiyyatının gələcəyindən tamamilə əmin olduğunu bildirib. Xarici İşlər Nazirliyindən bildiriblər ki, Azərbaycanla Türkiyə arasındakı strateji əməkdaşlıq günü-gündən inkişaf edir.
Azərbaycanın Türkiyə ilə iqtisadi münasibətlərə xüsusi önəm verdiyi vurğulanan açıqlamada, münasibətlərin inkişafına, qarşılıqlı sərmayə qoymağa, iki tərəfli ticarəti inkişaf etdirməyə, regional və qlobal enerji və nəqliyyat layihələrinə töhfə verməyə davam edəcəyi qeyd edilib.
Açıqlamada bu ifadələrə yer verilir: "Ölkəmiz Türkiyənin iqtisadiyyatına sərmayə yatırmağı, eyni zamanda Türkiyə iqtisadiyyatında fəal iştirak etməyi davam etdirəcəkdir. Türkiyənin son illərdə gerçəkləşdirdiyi böyük layihələr qısa müddətdə Türkiyənin və regionun iqtisadiyyatı və təhlükəsizliyi üçün əlavə töhfələr verəcəkdir. Azərbaycan Türkiyə iqtisadiyyatının gələcəyindən tamamilə əmindir. Azərbaycan hər zaman olduğu kimi, bütün sahələrdə Türk xalqı və dövlətinə hər cür dəstəyə davam edəcəkdir".

Müxalifət.az