Azərbaycandan Litvaya çağırış

Azərbaycan Litvaya Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə istehsal edilən məhsulların idxalı, ixracı və satışının qarşısının alınması xahişi ilə müraciət edib.
Vergilər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, bu müraciət Vilnüsdə ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan-Litva hökumətlərarası komissiyasının V iclası çərçivəsində edilib.
Tərəflər iclasın nəticələrinə dair protokol imzalayıblar. Həmçinin iclas çərçivəsində bir sıra sazişlər imzalanıb.
Bundan başqa, Litva Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi və Azərbaycan Vergilər Nazirliyi arasında anlaşma memorandumu imzalanıb. Memorandum informasiya mübadiləsi sahəsində və vergi tələbləri alındıqda qarşılıqlı inzibati yardımı nəzərdə tutur.