Azərbaycandan Gürcüstana təxliyə olunan cütlükdə koronavirus aşkarlandı

Baxış sayı:
1515

Bakıdan Gürcüstana təxliyə olunan gənc cütlüyün koronavirusa yoluxması təsdiqlənib.

Muxalifet.az report-a istinadən xəbər verir ki, onlar Kutaisi şəhərinin Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.

Klinikadan bildirilib ki, ər-arvad Tsxaltubo şəhərindəki karantin zonasında olublar. Həkimlər hər iki şəxsin vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Cütlüyün müalicəsi davam etdirilir.