Azərbaycandan Gürcüstana KÖÇ – Neçə nəfər Gürcüstan vətəndaşlığı alıb?

 2012-2017-ci illərdə 500 Azərbaycan vətəndaşı Gürcüstan vətəndaşlığı alıb.
 
Ölkənin Ədliyyə Nazirliyinin məlumatına görə, bu müddət ərzində 32 017 nəfərə Gürcüstan vətəndaşlığı verilib.
Bundan əlavə, 19 597 Rusiya, 1 686 ABŞ, 1 122 Ermənistan vətəndaşı Gürcüstan vətəndaşlığı alıb.
Eyni zamanda, analoji dövr ərzində 7 264 Azərbaycan vətəndaşı Gürcüstanda yaşamaq icazəsi alıb. Yaşamaq icazəsi alanların ümumi sayı 76 585 nəfər olub. Onlardan 4 666-sı ermənistanlı, 9 515-i rusiyalı, 657-si britaniyalı, 635-i almaniyalı və s. olub.
Bundan əlavə, 2013-cü ildən 2017-ci il mayın 24-dək 631 Azərbaycan vətəndaşı Gürcüstanda topraq sahəsi əldə edib.